Rayonlarda daşınmaz əmlakın qiyməti ARTIB? – Ekspert qiymətləndirdi
Son bir ildə Azərbaycanın bölgələrində daşınmaz əmlak bazarında ciddi canlanma müşahidə olunur. Torpaq sahələri, fərdi yaşayış evləri, yeni tikililər və qeyri-yaşayış obyektləri üzrə qiymətlərdə birmənalı artım qeydə alınıb. Ekspertlər bu artımın bir neçə amillə bağlı olduğunu bildirirlər. Turizm potensialının genişlənməsi, urbanizasiya, dövlət layihələrinin həyata keçirilməsi və əhalinin bölgələrə marağının artması bu prosesə təkan verib.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisatçı ekspert Vüqar Oruc BAKU.WS-ə açıqlamasında bölgələr üzrə qiymət dinamikasını şərh edib:
"Son bir il ərzində 14 iqtisadi zonanın bütün rayonlarında birmənalı şəkildə torpağın, qeyri-yaşayış obyektlərinin, həm bina, həm də həyət evlərinin qiyməti artıb. Təbii ki, artım dərəcəsi rayondan rayona dəyişir və bu, əsasən həmin bölgənin sosial-iqtisadi vəziyyəti və inkişaf potensialı ilə bağlıdır".
Ekspertin sözlərinə görə, Naxçıvan Muxtar Respublikasında, eləcə də Quba, Xaçmaz, Şəki, Zaqatala, Lənkəran və Astara kimi turizm baxımından önəmli rayonlarda daşınmaz əmlakın qiyməti daha yüksək templə artıb. Səbəb isə bu ərazilərdə aparılan turizm yönümlü layihələr və artan maraqdır.
"Elə rayonlar var ki, orada torpaq sahələrinin qiyməti 100 faizədək artıb. Ümumilikdə isə qiymət artımı Bakıda olduğu kimi rayonlarda da davam edir", – deyə o əlavə edib.
Hazırda bu prosesə dövlətin dəstək verdiyi layihələr, o cümlədən MİDA tərəfindən rayonlarda inşa olunan sosial və çoxmənzilli binalar da ciddi təsir göstərir.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycanda torpaqların bir kateqoriyadan digərinə keçirilməsi qaydaları təsdiqlənib
Bakının bu rayonlarında evlərin kvadratmetri 1752-4115 AZN-dir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
İstanbul hava limanında sərnişinin baqajından 12,8 kq narkotik aşkarlanıb













