HƏMAS: Qəzzada aclıq səbəbindən 154 fələstinli həyatını itirib
Fələstinin Qəzza zolağında humanitar böhran dərinləşməkdə davam edir. HƏMAS hərəkatının yaydığı son məlumata görə, bölgədə aclıq səbəbindən ən azı 154 fələstinli, o cümlədən 89 uşaq həyatını itirib.
Hərəkatın "Telegram" kanalında yayımlanan bəyanatda qeyd olunur ki, səhiyyə sisteminin demək olar ki, tam çökməsi fonunda yüzlərlə insan gündəlik olaraq qida çatışmazlığı ilə üzləşir.
Aclıq və resurs qıtlığı səbəbindən xüsusilə uşaqlar, körpələr və hamilə qadınlar ağır vəziyyətdədir. Bildirilir ki, bölgədə 40 min körpə və 60 min hamilə qadın ərzaq və tibbi yardıma ciddi ehtiyac duyur.
HƏMAS əlavə edib ki, əraziyə göndərilən yardımların əksəriyyəti havadan təchiz edilir və bu üsul həm qeyri-effektiv sayılır, həm də mülki şəxslərin həyatını təhlükə altına qoyur.
Bəyanatda vurğulanır ki, blokadanın ləğvi və nəzarət-buraxılış məntəqələrinin açılması Qəzzada yaranmış faciəvi vəziyyətin aradan qaldırılması üçün tək çıxış yolu kimi qiymətləndirilir.
Xatırladaq ki, 2 mart 2025-ci ildən etibarən bölgəyə beynəlxalq humanitar yardımın daxil olmasına icazə verilmir. İsrailin qərarı ilə bütün sərhəd keçid məntəqələri bağlıdır, yardımlar isə yalnız Qəzza Humanitar Yardım Fondu vasitəsilə paylanır. Fondun fəaliyyəti isə İsrail və ABŞ tərəfindən nəzarət olunur.
Bundan əvvəl, 29 iyulda yayılan rəsmi məlumata əsasən, 2023-cü ilin oktyabrından bu günə qədər İsrailin hərbi əməliyyatları nəticəsində Qəzza zolağında 60 mindən çox insan həyatını itirib, 145 mindən çox insan isə yaralanıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Gəncədə sərnişin avtobusu işıq dirəyinə çırpılıb
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb













