Cəlil Cəlilov: "Qarşımızda yeni hədəflər var, eyni əzmlə davam edəcəyik"
Kişi voleybolçulardan ibarət "Xilasedici" klubunun qarşısında yeni hədəflər var.
"Far.Az" xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Cəlil Cəlilov deyib.
Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlama verən mütəxəssis CEV Çempionlar Liqasının II təsnifat mərhələsində səfərdə Portuqaliyanın "Sportinq" kollektivinə qalib gəldikləri matçla bağlı fikirlərini bölüşüb:
"Çox gərgin və maraqlı mübarizə şəraitində keçən oyunda komandamız 3:2 hesabı ilə qalib gəldi. Qızıl setdə isə 15:13 hesabı ilə üstünlük qazanaraq 3-cü mərhələyə yüksəldik. Bu, Azərbaycan kişi voleybolu tarixində bir ilkdir. Bu uğur kollektivimizin birliyinin, qarşılıqlı inamının və zəhmətinin nəticəsidir. Klubun bütün əməkdaşlarına və daim bizə dəstək olan azarkeşlərə, hər kəsə təşəkkür edirəm. Qarşımızda yeni hədəflər var və onlara çatmaq üçün eyni əzmlə çalışmağa davam edəcəyik".
C.Cəlilov "Sportinq" komandasının güclü rəqib olduğunu söyləyib:
"Oyunçularının səviyyəsi hər kəsə bəlli idi. Buna baxmayaraq, voleybolçularımız sona qədər mübarizə apardılar və öz potensiallarını ortaya qoydular. Onları bu uğur münasibətilə ürəkdən təbrik edirəm. Görülən düzgün işin və çəkilən zəhmətin nəticəsini meydanda gördük".
Xatırladaq ki, komandalar arasında Bakıda keçirilmiş ilk görüşdə "Sportinq" 3:2 hesabı ilə qalib gəlib.
Oxşar xəbərlər
Avropa Liqası: Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Bakıda açıq məşqi baş tutub
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-11
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb - YENİLƏNİB-6
"Xilasedici" Azərbaycan çempionu olub
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Gəncədə sərnişin avtobusu işıq dirəyinə çırpılıb
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək













