Bakıda ət satışı və kəsimi ilə məşğul olanlara qarşı dələduzluq - Saxlanılan var
Nizami rayonu ərazisində ət kəsimi məntəqəsinin sahibi olan iki nəfər dələduzluqla üzləşib.
BAKU.WS-in məlumatına görə, Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə müraciət edən zərərçəkənlər naməlum şəxsin onları restoranlara ət satmaq adı ilə aldatdığını və ümumi çəkisi 100 kiloqramdan artıq dana və quzu ətini onlardan alaraq pullarını vermədiyini bildirib. Şikayət edənlər həmin şəxsin onlara 4 min manata yaxin maddi ziyan vurduğunu bildiriblər.
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində dələduzluq əməllərini törətməkdə şübhəli bilinən 32 yaşlı Fərid Hüseynov müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı onun paytaxtın digər rayonlarında da bu üsulla 20-ə yaxın ət kəsimi ilə məşğul olan şəxslərə qarşı dələduzluq etdiyi məlum olub. F.Hüseynovun əməllərindən zərərçəkən şəxslər varsa bu barədə polis orqanlarına müraciət edə bilərlər.
Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Azərbaycanda qan banklarının siyahısı yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
-
Bakıda bu küçəni su basıb – Sakinlər evlərinə gedə bilmirlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan mavi hidrogen istehsalı üçün metanın buxar reforminqinə üstünlük verir













