Tramp: Rusiya bu il 112 min, Ukrayna isə 8 min hərbçisini itirib
Far.Az xəbər saytı

Tramp: Rusiya bu il 112 min, Ukrayna isə 8 min hərbçisini itirib


ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsində tərəflərin verdiyi itkilərlə bağlı yeni açıqlama verib.

O, bu barədə şəxsi "Truth Social" hesabında paylaşım edib.

Tramp bildirib ki, ona təqdim olunan son məlumatlara əsasən, yalnız bu ay Rusiya 20 minə yaxın əsgərini itirib, ümumilikdə isə 2025-ci ilin əvvəlindən bəri Rusiya Silahlı Qüvvələrinin itkiləri 112,500 nəfərə çatıb.

"Bu, son dərəcə lazımsız bir faciədir. Ukrayna da ciddi itkilər verib. Onlar bu il ərzində 8 min əsgərini itiriblər. Bu rəqəmə itkin düşənlər daxil deyil", – deyə Tramp qeyd edib.

O, həmçinin Ukraynanın mülki əhali arasında da itkilər verdiyini, lakin bunların Rusiya qədər genişmiqyaslı olmadığını bildirib.

Tramp qeyd edib ki, Rusiya raketləri Kiyev və digər yaşayış məntəqələrinə zərbələr endirməyə davam edir.

Ağ Ev rəhbəri əlavə edib ki, bu müharibə heç vaxt baş verməməli idi və məsuliyyətin böyük hissəsini hazırkı prezident Co Baydenin siyasəti daşıyır: "Bu Baydenin müharibəsidir. Mən isə onu dayandırmaq istəyirəm."

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər