Atasının qətlini sifariş verməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Far.Az xəbər saytı

Atasının qətlini sifariş verməkdə təqsirləndirilən şəxsə hökm oxunub


Atasının qətlini sifariş verməkdə təqsirləndirilən Fərəc Fərəcov, onunla birgə mühakimə olunan, tanışları İlkin Hüseynov və Fariz İsmayılovun cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.

Far.Az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Fərəc Fərəcov 8 il, İlkin Hüseynov 8 il, Fariz İsmayılov isə 8 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Fərəc Fərəcov Cinayət Məcəlləsinin 32.3 (cinayətin təşkilatçısı), 28, 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürməyə hazırlıq), 32.3, 28, 120.2.5 (sifarişlə adam öldürməyə hazırlıq) və digər maddələri, İlkin Hüseynov və Fariz İsmayılov isə həmin Məcəllənin 28, 120.2.1, 28, 120.2.5 və digər maddələri ilə ittiham edilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ali Məhkəmə qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsini açıqlayıb
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Qaradağlı faciəsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər