İpoteka kreditləri kimlər üçün ƏLÇATANDIR?
Azərbaycanda banklar tərəfindən təqdim edilən ipoteka kreditlərinin şərtləri zaman-zaman ictimai müzakirələrə səbəb olur. Bəzi vətəndaşlar bu kreditlərin əhali üçün əlçatan olmadığını, digərləri isə şərtlərin normal olduğunu bildirirlər. Bəs real vəziyyət necədir?
Far.Az-in sorğusuna cavab olaraq iqtisadçı ekspert Vüqar Oruc bildirib ki, ipoteka kreditləri yalnız iş yeri olan şəxslər üçün nisbətən əlçatandır:
"İş yeri olan şəxslər üçün ipoteka şərtləri əlçatandır. Amma iş yeri olmayan vətəndaşlar üçün bu təbii ki, mümkün deyil. Bu həm də bankların risk prinsipi ilə bağlıdır".
Ekspert qeyd edib ki, banklar əsas risk daşıyıcıları olduqları üçün təklif etdikləri faizləri özlərinə uyğun şəkildə müəyyənləşdirirlər:
"Hər bir ölkədə banklar özlərinə uyğun risklər daşıyırlar. Əsas risk daşıyıcısı banklardır. Onlar bu risklərdən qorunmaq üçün faizləri yüksək saxlayırlar. Bu şəkildə öz risklərini kompensasiya edirlər".
Qonşu ölkələrlə müqayisəyə gəlincə, Vüqar Oruc bildirib ki, Azərbaycanda ipoteka kreditlərinin faizləri Rusiya və Türkiyə ilə müqayisədə daha aşağıdır. Lakin iqtisadi sabitlik olan Avropa ölkələri ilə müqayisədə faizlər yüksəkdir:
"Hər ölkənin öz iqtisadiyyatı, iqtisadi yükü və valyutasının dayanıqlığı var. Bu, iqtisadi prosesdir. Qonşu ölkələrlə müqayisədə bizdə faizlər aşağıdır. Məsələn, Rusiya və Türkiyə ilə müqayisədə daha münasibdir. Amma Avropa ilə müqayisədə bizdə faizlər yüksəkdir".
Ekspert hesab edir ki, əgər banklar kredit faizlərini bir qədər də aşağı salsalar, bu, ümumilikdə ölkə iqtisadiyyatına müsbət təsir edə bilər.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Problemli kreditlərdən necə xilas ola bilərik?
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Mərkəzi Bankdan yeni QAYDALAR: Kredit əldə etmək sosial şəbəkə aktivliyinizdən asılı ola bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TÜRKPA Milli Məclisin Avropa Parlamenti ilə əməkdaşlığı dayandırmaq qərarını dəstəkləyib
-
Milli Onkologiya Mərkəzindəki partlayışda xəsarət alan həkim ölüb? - RƏSMİ AÇIQLAMA
-
IX siniflərin buraxılış imtahanının NƏTİCƏLƏRİ AÇIQLANDI
-
Sumqayıtda Dövlət Bayrağına hörmətsizlik edən şəxs saxlanılıb
-
Yalçın Rəfiyev: SIDS ölkələrinin mədəni irsinin YUNESKO-da siyahıya alınmasına Azərbaycan dəstək verməyə hazırdır
-
Zelenski Ukrayna ordusunda islahatların iyunda başlayacağını elan edib













