Tramp Putinlə görüşünün tarixini və yerini açıqlayıb
Far.Az xəbər saytı

Tramp Putinlə görüşünün tarixini və yerini açıqlayıb


ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşün tarixini və yerini açıqlayıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Amerika lideri "Truth Social"da yazıb.

"Rusiya Prezidenti Vladimir Putinlə çoxdan gözlənilən görüşüm gələn cümə günü, avqustun 15-də, böyük Alyaska ştatında baş tutacaq. Təfərrüatlar bundan sonra olacaq. Məsələyə diqqətinizə görə təşəkkür edirik!", - Tramp qeyd edib.

Daha əvvəl "The New York Times" mənbələrə istinadən yazıb ki, Tramp Putinlə görüşməyi, az sonra isə Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə üçtərəfli görüş keçirməyi nəzərdə tutur.

Oxşar xəbərlər

Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
KİV: Tramp gələn həftə Putinlə görüşməyi planlaşdırır
Tramp-Zelenski görüşündə qarşılıqlı ittihamlar, söz davası – Ukrayna liderinin reytinq mübarizəsi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər