TDT Azərbaycanla Ermənistan arasında Birgə Bəyannaməni alqışlayıb
Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş naziri tərəfindən 8 avqust 2025-ci ildə ABŞ-də keçirilən görüşün yekunlarına dair Birgə Bəyannamənin imzalanmasını alqışlayır.
BAKU.WS xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev "X"dəki səhifəsində yazıb.
"Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş naziri tərəfindən 8 avqust 2025-ci ildə Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilən görüşün yekunlarına dair Birgə Bəyannamənin imzalanmasını və Birləşmiş Ştatların Prezidentinin şahid qismində imzalanmasını alqışlayıram.
Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin razılaşdırılmış mətninin paraflanmasını və hər iki ölkənin xarici işlər nazirləri tərəfindən ATƏT-in Minsk prosesinin və əlaqədar strukturlarının bağlanması ilə bağlı Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına birgə müraciətin imzalanmasını qətiyyətlə dəstəkləyirəm.
Bu tarixi hadisə Cənubi Qafqaz regionunda və onun hüdudlarından kənarda davamlı sülh, sabitlik və rifahın bərqərar olması istiqamətində mühüm mərhələdir", - TDT-nin Baş katibi qeyd edib.
Oxşar xəbərlər
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib
TDT-nin Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Bəyannamə imzalanıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib
-
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
-
ABŞ-də təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına 1,4 milyard dollardan çox vəsait ayrılıb
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir













