İsrail Prezidenti ilə Baş naziri Azərbaycan liderini və xalqını təbrik edib
"Prezident Trampı təbrik edirik! Sizin cəsarətli rəhbərliyiniz və qlobal baxışınız daha bir sülh sazişini mümkün edib".
Far.Az "Report"a istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu "X" sosial şəbəkə hesabında yazıb:
"Mən də bu tarixi sazişin imzalanması münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi, Ermənistanın baş naziri Paşinyanı, Azərbaycan və Ermənistan xalqlarını təbrik edirəm. Hamınız barışıq və ortaq rifahın yeni dövründən zövq alın",- deyə Baş nazir bildirib.
Eyni zamanda İsrail Prezidenti İsaak Hersoq da "X" sosial şəbəkəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampla birgə imzaladığı Birgə Bəyannamə barədə yazıb:
"Vaşinqtonda Donald Trampın himayəsi altında Azərbaycan və Ermənistan arasında tarixi sazişin imzalanmasını görəndə dərindən təsirləndim. Ümid edirəm və dua edirəm ki, biz sizin rəhbərliyiniz altında dünyada, hər şeydən əvvəl Qəzzada HƏMAS-ın əli ilə girovlarımızın keçdikləri cəhənnəmdən təcili geri qaytarılması kimi daha çox tarixi nailiyyətlər görəcəyik. Prezident İlham Əliyevi və baş nazir Nikol Paşinyanı liderliyinə görə, Azərbaycan və Ermənistan xalqlarını təbrik edirəm. Onlar sülh, əmin-amanlıq və firavanlıq içində yaşasınlar", - Hersoq bildirib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Qlobal media Donald Tramp, İlham Əliyev və Nikol Paşinyan arasında görüşü diqqət mərkəzində saxlayır
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib
-
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
-
ABŞ-də təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına 1,4 milyard dollardan çox vəsait ayrılıb
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir













