Nazirlik vətəndaşlara MÜRACİƏT ETDİ
Far.Az xəbər saytı

Nazirlik vətəndaşlara MÜRACİƏT ETDİ


Polis işğaldan azad olunan ərazilərdə sanitariya-gigiyena qaydalarına əməl olunması ilə bağlı profilaktik tədbirlər keçirir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Far.Az-ə verilən məlumata görə, respublikanın dörd bir yanında hər bir polis əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydaları ilə bağlı profilaktik tədbirlər fasiləsiz davam etdirilir. Vətəndaşlara qanunun tələbləri izah olunur, məlumatlar verilir.

"Bu yerlərdə yaşayan, işləyən və səfərə gələn hər kəsin başlıca vəzifələrindən biri də 30 il ərzində təbiətə vurulan yaraları sağaltmaq, ekoloji tarazlığını bərpa etməkdir. Məişət tullantılarını hara gəldi atmaq, ətraf mühiti çirkləndirmək, Qarabağın saf və təmiz təbiətinə təhlükə yaratmaq qəti şəkildə yolverilməzdir.

Hər kəsi vətəndaşlıq borcunu yerinə yetirməyə, zibili, tullantıları urnalardan kənara atmamağa, sülh və əmin-amanlıq simvoluna çevrilən Qarabağı təmiz saxlamağa çağırırıq!", - məlumatda bildirilib.

 

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər