Azərbaycanda qızılın alış və satış QİYMƏTLƏRİ
Far.Az xəbər saytı

Azərbaycanda qızılın alış və satış QİYMƏTLƏRİ


Dünya bazarında qızılın qiymətində son günlər ucuzlaşma müşahidə olunur. Qızılın bir troya unsiyası təxminən 4 121 dollara düşüb. Son bir həftədə qızılın qiyməti təxminən 0,8% ucuzlaşıb.

Bəs yerli bazarda qiymətlər hansı aralıqdadır?

Paytaxtda fəaliyyət göstərən zərgər Aqil İsmayılov Far.Az-ə açıqlamasında bildirib ki, yerli bazarda qızılın lom kimi alış qiyməti ərəb qızılının 22 əyarı üzrə 196,2 manat, 21 əyarı üzrə isə 187,5 manatdır. Türk qızılı 125 manat, rus qızılı 124 manat, italyan qızılı isə 160 manat qiymətinə alınır.

Satış qiymətlərinə gəlincə, 585 əyarlı türk qızılı 159-160 manat, 750 əyarlı italyan qızılı 230-240 manat, ərəb qızılı isə 250-270 manat arasında təklif olunur.

Zərgər qeyd edib ki, qiymətlər qızılın növünə və əyarına uyğun olaraq fərqlənir.

Şahanə Xankişiyeva

Oxşar xəbərlər

Bu gündən avtobus və metroda gedişhaqqı 60 qəpik oldu
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Alla Puqaçova ilə 11 il yaşadığı evi 240 milyona satır
DSX-nin 270 hərbçisi mənzillə təmin olunub
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər