"Uğur Ocağı" restoranında jurnalistə hücum etməkdə ittiham olunan xanım işçi cərimələndi
"Uğur Ocağı" restoranında jurnalistə hücum etməkdə ittiham olunan xanım işçi cərimələnib.
Far.Az Musavat.com-a istinadən xəbər verir ki, Xırdalanda yeni istifadəyə verilən "Uğur Ocağı" restoranında səsgücləndiricilər vasitəsilə gecə saatlarınadək musiqi səsləndirilirmiş.
Sakinlər çoxsaylı şikayətlərdən sonra "Xəzər TV"yə çəkiliş üçün müraciət ediblər. Restoranda kassir işləyən 1990-cı il təvəllüdlü Zülfiyyə Bağırova çəkilişə mane olmaq istəyib. Bu zaman peşə fəaliyyətini yerinə yetirən jurnalistin mikrofonunu vuraraq yerə salıb.
Z.Bağırova bildirib ki, jurnalistin mikrofonunu məqsədli şəkildə yerə salmayıb. Deyib ki, jurnalistin onu çəkməsinə etiraz edir:
"Mən etiraz etsəm də, çəkməyə davam edirdi. Mən çölə çıxmaq istəyəndə, arxamca gəlirdi. Geri dönəndə, bilmədən əlim dəydi".
Məhkəmənin qərarı ilə Zülfiyyə Bağırova xırda xuliqanlıq əməli törətməkdə təqsirli bilinərək 50 manat cərimə edilib.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
MAXE-dən dəhşətli hərəkət: dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi – TƏFƏRRÜAT
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır













