Sirrini məzara qədər aparan BÜRCLƏR
Hər kəsin həyatında ən az bir nəfər olur ki, ona ürəyini açıb hər şeyi danışa bilər. Amma elə insanlar var ki, sirri yalnız dinləyər, heç vaxt başqasına ötürməz. Astroloqlar deyir ki, bəzi bürclər doğuşdan etibarən sirr saxlama qabiliyyətinə malikdir və onlara güvənmək olar.
BAKU.WS sirrini ömür boyu qoruyan bürcləri təqdim edir:
Əqrəb
Əqrəblər sirr saxlama mövzusunda mütləq birincidir. Onlar üçün etibar müqəddəsdir. Əgər kiminsə sirrini bilirlərsə, bu, sanki öz şəxsi həyatlarının bir parçasına çevrilir. Əqrəb həmin sirri açmaqdansa, susmağı seçir - hətta bu, onun üçün çətin vəziyyət yaratsa belə.
Oğlaq
Oğlaqlar ciddi və məsuliyyətli təbiətləri ilə tanınır. Bir dəfə söz veriblərsə, geri addım atmazlar. Onlar üçün etibar uzun illərin dəyəridir və bu dəyəri itirmək istəməzlər. Dostlarının sirrini qorumaq onlar üçün borcdur.
Xərçəng
Hissiyatı güclü olan Xərçənglər yaxınlarının sirrini öz ürəyində saxlayar. Onlar sirri yalnız söz olaraq deyil, emosional bağ kimi qəbul edir. İnanmadığı insana isə heç vaxt dərindən açılmaz.
Qız
Analitik və diqqətli Qız bürcü başqasının sirrini yaymağın yaratdığı fəsadları yaxşı bilir. Ona görə də bu addımı atmır. Əgər Qız sirrinizi bilirsə, rahat ola bilərsiniz – o sirr sizinlə birlikdə onunla da yaşlanacaq.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
"Mən televiziyaya çıxmaq üçün işləmirəm" - Qurban Qurbanov
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
Sabah Bakıda bu ərazilərdə su olmayacaq
-
Ammar Baxşalıyev batut gimnastikası üzrə dünya çempionatının finalına yüksəlib













