Çempionlar Liqası: "Qarabağ" - "Şkendiya" oyununa 25 min bilet satılıb
Far.Az xəbər saytı

Çempionlar Liqası: "Qarabağ" - "Şkendiya" oyununa 25 min bilet satılıb


UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Şkendiya" (Şimali Makedoniya) oyununa satılan bilet sayı açıqlanıb.

Ağdam klubundan Far.Az-ə verilən məlumata görə, qarşılaşmaya 25 min bilet satılıb.

Matç üçün bilet qiymətləri 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektoru üçün nəzərdə tutulan biletlərin qiyməti isə 300 manatdır.

Qeyd edək ki, "Qarabağ" - "Şkendiya" matçı bu gün Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Səfərdə gerçəkləşən ilk oyunda "köhlən atlar" qələbə qazanıb - 1:0.

Oxşar xəbərlər

UEFA Avropa Liqası: "Qarabağ" "Ayaks"a məğlub olub - VİDEO - YENİLƏNİB-8
Avropa Liqası: "Qarabağ" "Lion"a məğlub olub - YENİLƏNİB-8
Avropa Liqası: “Qarabağ” FCSB klubuna məğlub olaraq pley-off şansını itirib - YENİLƏNİB-7
Avropa Liqası: "Qarabağ" - FCSB oyununda ikinci hissə başlayıb - YENİLƏNİB - 5
UEFA Avropa Liqası: "Qarabağ" "Tottenhem"ə məğlub olub - YENİLƏNİB-8

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər