Pakistan Prezidenti: Azərbaycan-Ermənistan razılaşması regionda davamlı sülh dövrünün başlanğıcı olacaq
Far.Az xəbər saytı

Pakistan Prezidenti: Azərbaycan-Ermənistan razılaşması regionda davamlı sülh dövrünün başlanğıcı olacaq


Azərbaycanla Ermənistan arasında razılaşma regionda davamlı sülh, sabitlik və rifah dövrünün başlanğıcı olacaq.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycanın bu ölkədəki səfiri Xəzər Fərhadovu qəbul edərkən deyib.

Görüş çərçivəsində Pakistanın Azərbaycanla qarşılıqlı etimad, ortaq dəyərlər və maraqlar əsasında qurulan qardaşlıq münasibətlərini daha da dərinləşdirilməsi müzakirə olunub.

Pakistan Prezidenti qeyd edib ki, rəsmi İslamabad Azərbaycanı əsas tərəfdaş kimi görür və ikitərəfli əməkdaşlığı, xüsusilə ticarət, iqtisadiyyat və nəqliyyat sahələrində genişləndirmək niyyətindədir.

"Genişlənmiş ticarət əlaqələri, investisiya tərəfdaşlığı və regional nəqliyyatın yaxşılaşdırılması iki ölkəni bir-birinə daha da yaxınlaşdıracaq və ortaq rifaha töhfə verəcək".

Asif Əli Zərdari həmçinin vurğulayıb ki, Pakistan münaqişələrin qarşılıqlı anlaşma və hörmət əsasında dialoq və dinc yolla həllinə inanır.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyevin ABŞ səfəri: Yeni geosiyasi reallıqların təntənəsi - TƏHLİL

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər