Azərbaycan və ABŞ liderlərinin səmimi dialoqunu əks etdirən video böyük ictimai maraq doğurub
Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona səfəri zamanı iki dövlət başçısının səmimi dialoqunu əks etdirən videogörüntülər yayılıb.
Far.Az xəbər verir ki, görüş zamanı Prezident İlham Əliyevin Azərbaycanla ABŞ arasında Anlaşma Memoandumunu imzaladığı qələmi "tarixi qələm" adlandıraraq xatirə kimi özü ilə götürməsi diqqət çəkib.
D.Tramp isə Azərbaycan liderinin imzasının gözəl olduğunu deyib və Prezident İlham Əliyevi Qarabağ məsələsində göstərdiyi qətiyyətə görə "böyük lider" adlandırıb.
Azərbaycan Prezidenti, öz növbəsində, dünyadakı bir çox yerlərdə münaqişənin həllinə töhfə verən, sülh gətirən böyük liderin məhz onun yanında əyləşdiyini söyləyib.
Daha sonra D.Tramp Prezident İlham Əliyevin yüksək səviyyədə danışıq aparma bacarığını vurğulayaraq ona həm özü, həm də nəvələri üçün qızıl sikkələr hədiyyə edib.
Yekunda ABŞ lideri Azərbaycan Prezidenti ilə görüşün yüksək əhəmiyyətini ifadə edən daha bir hədiyyəni - Ağ Evin rəmzi açarını Azərbaycan Prezidentinə təqdim edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib
-
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
-
ABŞ-də təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına 1,4 milyard dollardan çox vəsait ayrılıb













