Salyanda dəhşətli cinayət: 37 yaşlı kişi qızının sinif yoldaşına təcavüz etdi - TƏFƏRRÜAT
Salyan rayonunda dəhşətli cinayət hadisəsi baş verib.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Kürkənd kəndində qeydə alınıb.
Kənd sakini, 1988-ci il təvəllüdlü Həsən Əsədov qızı ilə bir sinifdə oxuyan, 9-cu sinif şagirdi S.D-yə təcavüz edib.
Qeyd olunub ki, S.D-nin valideynləri rəsmi ayrılıb və həmin vaxt S.D ata nənəsinin yanında qalıb. Həmin ərəfədə Həsən S.D-nın anası Aysellə tanış olur. Aysel ona boşandığını, amma qızını himayəsinə götürə bilmədiyini deyir. Həsən isə ona söz verir ki, bu barədə ona kömək edəcək. Bu üsulla Həsən Aysellə sevgili olur.
Daha sonra Həsən Ayselin 15 yaşlı qızı ilə münasibət qurmaq qərarına gəlir və o, öz qızından onu sinif yoldaşı S.D ilə tanış etməsini xahiş edir. Qızı da onunla razılaşır, sinif yoldaşı S.D-yə zəng edir. O, S.D-yə bildirir ki, guya Vüsal adlı sevgilisi var və onun dostu Əli adlı şəxs onunla tanış olmaq istəyir. Qız atasının nömrəsini Əli adı ilə S.D-yə verir və ona zəng vuracağını bildirir.
Növbəti gün Həsən S.D-yə zəng vuraraq gözünü Əli kimi təqdim edir və ondan xoşu gəldiyini deyir. S.D onunla danışmaq istəmədiyini desə də, Həsən 15 yaşlı qızı yalan vədlərlə razı salır və onunla danışmağa başlayır. Bir müddət sonra Həsən qızı şantaj edərək onunla görüşməyi tələb edir. Çarəsiz qalan S.D Həsənlə razılaşır. O, qızının sinif yoldaşı ilə zorla cinsi əlaqədə olur.
Bu cür münasibət bir müddət davam etdikdən sonra S.D-nin atası bir gün qızından şübhələnərək onun mobil telefonunu əlindən alır və baxır. O, telefona qız adı ilə yazılan Həsənin nömrəsinin kimə məxsus olduğunu soruşanda, S.D həmin şəxsin qız dostu olduğunu deyir. Atası ona telefon işlətməyi qadağan edir və S.D telefonsuz qalır.
Hadisədən xəbərsiz olan Həsən S.D-yə mesaj yazır və bu mesajı S.D-nin atası oxuyur. Həmin gün S.D-nin atası özünü asaraq öldürür.
Bundan sonra Aysel S.D-ni özü ilə Bakıya gətirir. Amma Həsən yenə də ondan əl çəkmir. Həsən Aysel və onun qızı S.D-ni narahat etməyə başlayır və S.D-nin qeyri-etik şəkil və videolarını sosial şəbəkədə paylaşır. Hadisə ilə bağlı Aysel polisə müraciət edəndə Həsən həmin video və şəkilləri silir, özü isə istintaqdan qaçıb gizlənir.
Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi operativ əməliyyat-istintaq tədbirləri ilə Həsənin yeri müəyyən edilir və o saxlanılaraq istintaqa təhvil verilir.
Araşdırmalarla məlum olur ki, Həsən S.D-yə təcavüz edib, şəkilləri ilə şantaj edərək onunla dəfələrlə cinsi əlaqədə olub.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Həsən Əsədov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Salyanda 43 yaşlı kişi məktəbli qıza təcavüz etdi
Fuad Poladovun qızı Xalq artistinin həyatını yarıda qoyan xəstəliyindən danışdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır













