Bilal Ərdoğan: Azərbaycanda türk dünyasından gələnlərin birliyini görməkdən məmnunuq
Dünyada mövcud olan mədəni kimlik və dəyərlərin yox olmamasını arzu edirik, biz bunun üçün çalışırıq.
Far.Az "Report"a istinadən xəbər verir ki, bu fikirləri Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan IV Milli Yaylaq Festivalının açılışında jurnalistlərə açıqlamasında deyib.
B.Ərdoğan beynəlxalq səviyyədə bərabərliyin vacibliyinə diqqət çəkib.
"Bu tablonu can Azərbaycanda çox bariz şəkildə görmək mümkündür. Azərbaycanda türk dünyasının dörd yanından gələn ailələrin bir yerdə olmasını, yaşamasını, birlik göstərməsini görməkdən məmnunluğumuzu ifadə edirik. Bu mənada, Prezident İlham Əliyevə milli idman növlərinə və mədəniyyətə sahib çıxdığı üçün təşəkkürlərimi bildirirəm", - o deyib.
B.Ərdoğan qeyd edib ki, Türkiyə-Azərbaycan qardaşlığını Milli Yaylaq Festivalında da görmək mümkündür.
"Mən azərbaycanlıyam, mən türkəm deyən hər bir gəncin öz milli dəyərlərinə sahib çıxmasını arzu edirəm. Biz nə zaman bir olmuşuqsa, o zaman düşmənlərimiz bizdən qorxmuş, çəkinmişdir. Necə ki Qarabağ Zəfəri qardaşlığımızın bariz nümuməsidir, bundan sonra da türk və müsəlman dümyasının qardaş olması, bir olması vacibdir", - o əlavə edib.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
-
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
-
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib
-
Bakıda mağazaları qarət edən iki nəfər saxlanıldı













