AMB rəsmisi: "Bankların birləşməsi kredit faizlərini artırmır"
Azərbaycanda iki bankın birləşməsi və yaxud bir bankın digər bir bankı əldə etməsi mütləq kredit faiz dərəcələrinin artması ilə nəticələnmir.
Bunu "Report"a açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Fuad İsayev sektordakı konsolidasiyanın kreditləri bahalaşdıracağı ilə bağlı iddialara münasibət açıqlayarkən bildirib.
"Kredit faizləri maliyyələşmə dəyəri, borcalanın kredit riski və ya maliyyələşdirilən layihənin risk səviyyəsi, bankların əməliyyat səmərəliliyi kimi amillərin kombinasiyası ilə müəyyən edilir. Bu növ konsolidasiya sektordakı rəqabətin zəiflənməsinə deyil, bankların fəaliyyət səmərəliliyinin artmasına, əməliyyat xərclərinin azalmasına, borcalanların maliyyə resurslarına çıxışın daha da yaxşılaşdırmasına və birləşmədən sonra bankın maliyyə potensialını gücləndirməsinə, potensial olaraq daha rəqabətli kredit dərəcələri üçün şərait yaratmasına müsbət təsir edəcəyi gözlənilir", - deyə o qeyd edib.
Xatırladaq ki, bu günlərdə "Bank Respublika" ASC "Access Bank" QSC-ni alıb. Bundan əvvəl isə "Bank BTB"nin ASC aktiv və öhdəliklərini "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə ötürərək bank olmayan kredit təşkilatına çevrilib.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
NDU-nun rektoru Elbrus İsayev media nümayəndələri üçün brifinq keçirib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
-
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
-
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib
-
Bakıda mağazaları qarət edən iki nəfər saxlanıldı













