Azərbaycanda parlament seçkiləri ilə əlaqədar təşviqat başa çatıb, ölkədə “sükut günü”dür
Növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat başa çatıb.
Far.Az-nın xəbərinə görə, Seçki Məcəlləsinin 72.3, 74.1.2, 74.1.4 və 75.2-ci maddələrinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.
Sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar seçkiqabağı təşviqat avqustun 9-da başlanıb, avqustun 31-i saat 08:00-da dayandırılıb.
Qeyd edək ki, bu gün qeyri-rəsmi olaraq “sükut günü” də adlandırılır.
Əlavə edək ki, 125 deputat yeri uğrunda 990 namizəd mübarizə aparacaq.
Oxşar xəbərlər
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Mərkəzi Seçki Komissiyası nəzdində Mətbuat qrupunun iclası keçirilib
Bu şənbə Azərbaycanda “sükut günü”dür
Zorakılıq qurbanlarını necə mühafizə edək? - ARAŞDIRMA
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məsim Məmmədov: "Laçın rayonundan olan 980 ailə doğma torpaqlarına qayıdıb"
-
Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
-
Azərbaycan neftinin qiyməti 128 dollardan aşağı düşüb
-
Marta Kos: Albaniya islahat tempini qorusa, 2030-cu ilədək Aİ-yə qoşula bilər
-
Bakıda III Milli Rəqabət Forumu keçirilir
-
Hindistanın XİN rəhbəri Azərbaycana gəlib













