Qurban Qurbanov: "Rəqib bizə uyğun olmayan komandadır, amma maksimum nəticə üçün çalışacağıq"
"Hər top itkisindən sonra yenidən üstünlük qazanmaq üçün çox çalışmalı olacağıq".
Far.Az xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Ferentsvaroş"la matç üçün Macarıstan səfərinə yollanan "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov "CBC Sport" kanalına açıqlamasında bildirib.
"Ümumilikdə pis hazırlıq keçmədik. Rəqibi tam yaxından tanımırıq, amma istədiyimiz qaydada hazırlaşa bildik. "Ferentsvaros" tam fərqli sistemdə oynayır və çox fiziki güc sərf etməli olacağıq. Hücuma çox tez keçən komandadır. Standart vəziyyətlərdən ciddi yararlanırlar və sərt oyun nümayiş etdirirlər. Bəlkə də bizə uyğun olmayan rəqibdir. Hər top itkisindən sonra yenidən üstünlük qazanmaq üçün çalışmalı olacağıq. Oyunun başlanğıcı bizə çətin ola bilər".
Q.Qurbanov əlavə edib ki, qarşılaşma baxımlı olmaya bilər, çünki rəqib daha çox nəticəyə oynayır.
"Biz maksimum nəticə əldə edərək ölkəyə qayıtmaq istəyirik. Şanslarımızı 50-nin 50-yə dəyərləndirirəm".
Oxşar xəbərlər
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
"Çıraq" platformasından hasil olunan neft və qazın həcmi açıqlanıb
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu bu gün keçiriləcək













