SOCAR "Arthur D. Little" ilə sənayedə süni intellektin tətbiqini müzakirə edib
Far.Az xəbər saytı

SOCAR "Arthur D. Little" ilə sənayedə süni intellektin tətbiqini müzakirə edib


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "Arthur D. Little" şirkəti arasında sənayedə süni intellekt texnologiyalarının tətbiqi, bərpaolunan enerji mənbələrinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

BAKU.WS SOCAR-a istinadən xəbər verir ki, bu barədə müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəfin "Arthur D. Little" şirkətinin partnyoru, enerji, kommunal xidmətlər və resurslar üzrə qlobal rəhbəri Mikael Kruse arasında keçirilən görüşündə aparılıb.

Görüşdə SOCAR-ın enerji sektoru üzrə çoxşaxəli fəaliyyət istiqamətləri, Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi strateji layihələr barədə məlumat verilib.

Enerji sənayesində innovativ idarəetmə modelləri, əməliyyatların optimallaşdırılması və rəqabət qabiliyyətinin artırılması sahəsində müxtəlif təcrübələr nəzərdən keçirilib.

Söhbət zamanı tərəflər enerji keçidi, rəqəmsallaşma, sənayedə süni intellekt texnologiyalarının tətbiqi, bərpaolunan enerji mənbələrinin inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Oxşar xəbərlər

Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Azərbaycan mediasında süni intellekt: Jurnalistin köməkçisi, yoxsa rəqibi?
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər