Ermənistan və İran prezidentləri regionda kommunikasiyaların açılmasını müzakirə ediblər
Far.Az xəbər saytı

Ermənistan və İran prezidentləri regionda kommunikasiyaların açılmasını müzakirə ediblər


Ermənistan prezidenti Vaaqn Xaçaturyan İrəvanda rəsmi səfərdə olan iranlı həmkarı Məsud Pezeşkian ilə iqamətgahında görüşüb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ermənistan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Tərəflər regional gündəlikdəki məsələləri, o cümlədən kommunikasiyaların açılmasını müzakirə ediblər. Xaçaturyan ümidvar olduğunu bildirib ki, İran liderinin səfəri Ermənistan-İran münasibətlərinin daha da möhkəmlənməsi üçün stimul olacaq, regionda sülh və sabitliyin bərqərar olmasına töhfə verəcək.

Dövlət başçıları regiondakı geosiyasi vəziyyətə və kommunikasiyaların açılması məsələsinin müzakirəsinə xüsusi diqqət yetiriblər.

"Tərəflər vurğuladılar ki, sabit və uzunmüddətli sülhün bərqərar olması, eləcə də suverenlik, ərazi bütövlüyü və müstəqillik prinsipləri əsasında ticarət yollarının formalaşdırılması bütün regionun maraqlarına cavab verir", - deyə məlumatda bildirilib.

Oxşar xəbərlər

Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyevin ABŞ səfəri: Yeni geosiyasi reallıqların təntənəsi - TƏHLİL

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər