İlham Əliyev Malayziyanın Kralını təbrik edib
Far.Az xəbər saytı

İlham Əliyev Malayziyanın Kralını təbrik edib


Azərbaycan Prezidenti İlham Əliyev Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahimə təbrik məktubu göndərib.

"Report"un məlumatına görə, məktubda deyilir:

"Malayziyanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik etməkdən məmnunluq duyuram.

Biz Azərbaycan ilə Malayziya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə xüsusi əhəmiyyət veririk. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası əlaqələrimizin və əməkdaşlığımızın bundan sonra da uğurla davam etdirilməsi üçün birgə səylər göstərəcəyik. Noyabr ayında Bakıda təşkil ediləcək COP29 çərçivəsində iqlim dəyişmələri ilə mübarizə sahəsində Malayziya ilə sıx əməkdaşlıq edəcəyimizə ümidvaram.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Malayziya xalqına daim rifah arzulayıram".

Oxşar xəbərlər

Prezident İlham Əliyev Malayziyanın Kralına məktub göndərib
Prezident İlham Əliyev Sadır Japarova təbrik məktubu ünvanlayıb
Azərbaycan Prezidenti Maya Sanduya təbrik məktubu göndərib
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
İlham Əliyev Volodimir Zelenskiyə məktub ünvanladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər