Həyatın yaranması üçün bütün şəraitə malik olmuş planetlər açıqlanıb
Cırtdan planet Serera – Mars və Yupiter arasında yerləşən asteroid qurşağının ən böyük cismi – bir zamanlar həyat üçün lazım olan bütün əsas "ingridiyentlərə" sahib ola bilərdi.
Far.Az xəbər verir ki, beynəlxalq alimlər qrupu müəyyən edib ki, milyardlarla il əvvəl bu obyektin səthinin altında mikroorqanizmlərin yaşamasına imkan verəcək uzunmüddətli kimyəvi enerji mənbəyi mövcud olub. Araşdırma Science Advances jurnalında dərc olunub.
"Yer kürəsində yerin təkindən çıxan isti su okeanla qarışanda mikroblar üçün əsl ziyafət yaranır. Ona görə də Sererada oxşar bir şeyin olub-olmaması vacibdir", – deyə işin aparıcı müəllifi, Arizona Universitetinin əməkdaşı Səm Kurvill bildirib.
Bundan əvvəl 2018-ci ildə başa çatan Dawn missiyası Sererada duz, üzvi molekullar və səthaltı duzlu okeanın izlərini aşkar etmişdi. İndi isə bu mənzərəyə üçüncü element də əlavə olunub – su ilə qızdırılmış süxurların nüvədən çıxan qazlarla qarşılıqlı təsirindən yaranan kimyəvi enerji.
Alimlər Sereranın istilik və kimyəvi təkamülünü modelləşdirərək göstəriblər ki, təxminən 2,5–4 milyard il əvvəl onun dərinliklərində radioaktiv elementlərin parçalanması nəticəsində istilik yaranırdı. Bu isə suyu qızdırır, onu metan və karbon qazı ilə zənginləşdirirdi – mikrobların maddələr mübadiləsi üçün potensial "yanacaq".
Bu gün Serera artıq daxili istilik mənbələrini itirib, onun suyu demək olar ki, tam donub, qalan maye isə konsentrat duzlu məhlula çevrilib. Amma keçmişdə cırtdan planet "yaşama pəncərəsi" dövrünü yaşayıb – o zaman orada həyat ən azından nəzəri cəhətdən yarana bilərdi.
Tədqiqat müəllifləri qeyd edirlər ki, nəticələr yalnız Serera üçün deyil, həm də Günəş sistemindəki digər oxşar ölçülü buzlu cisimlər üçün əhəmiyyətlidir. Belə obyektlərdə nəhəng planetlərin cazibəsi ilə yaranan istilik yoxdur (məsələn, Avropa və ya Enseladda olduğu kimi), amma həyat üçün uyğun ssenarilər orada da baş verə bilərdi.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
Sabah Bakıda bu ərazilərdə su olmayacaq
-
Estoniya dekabrın 1-dən Rusiya ilə sərhədlərini bağlayacaq













