"Qiyamət radiosu" yenidən EFİRDƏ: Sirli sözlər bütün dünyanı çaşdırdı
Rusiyanın məşhur qısa dalğalı radiostansiyası UВB-76 (tanınmış adı ilə "Qiyamət günü radiostansiyası") efirə yeni şifrəli söz ötürüb.
BAKU.WS xəbər verir ki, bu barədə "UVB-76 логи" Teleqram kanalı məlumat yayıb.
Avqustun 22-də Moskva vaxtı ilə saat 13:08-də stansiya efirdə ilk dəfə "aortovy" (aortal) sözünü səsləndirib.
Bundan əvvəl, avqustun 21-də saat 16:06-da UВB-76 "nutobuef" adlı sirli bir söz ötürmüşdü. Bir müddət sonra, 17:17-də stansiya başqa bir şifrəli mesaj göndərib – "mikrotron". Qeyd edək ki, "mikrotron" sözü efirdə sonuncu dəfə 2022-ci il yanvarın 20-də səslənmişdi. Həmin gün göndərilən başqa bir mesajda isə yalnız bir hərfi fərqli olan "nutob"ef" sözü qeyd olunmuşdu.
Stansiyanın 2022-ci ildəki şifrovkaları yenidən ötürməsinin səbəbi məlum deyil.
Məlumat üçün bildirək ki, UВB-76 1976-cı ildən fəaliyyət göstərən qısa dalğalı radiostansiyadır. Radio həvəskarları arasında "Jujjalka" (Cızıltı) adı ilə tanınır, çünki efirinin böyük hissəsi səs-küy və xarakterik cızıltıdan ibarətdir. Onun dalğalarında kodlaşdırılmış mesajlar yayımlanır. Sosial şəbəkələrdə bəzi istifadəçilər bu şifrəli mesajların qlobal hadisələrlə bağlı ola biləcəyini iddia edirlər.
Xatırladaq ki, daha əvvəl Roskomnadzor ilk dəfə bu stansiyanın fəaliyyəti ilə bağlı açıqlama verərək bildirmişdi ki, onun tezliyi barədə
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
"Qiyamət günü Radiosu"nda bir gündə sirli 3 mesaj eşidildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Gəncədə sərnişin avtobusu işıq dirəyinə çırpılıb
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək













