Bakı, Daşkənd və Aşqabad iqlim böhranı ilə mübarizə sahəsində əməkdaşlığı genişləndirir
Bakı, Daşkənd və Aşqabad iqlim böhranının nəticələri və ekoloji risklərlə mübarizədə əməkdaşlığı genişləndirəcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə avqustun 22-də Türkmənbaşıda keçirilən üçtərəfli sammitin yekunları üzrə Azərbaycan Prezidenti İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Türkmənistan Xalq Maslahatının sədri Qurbanqulu Berdıməhəmmədovun qəbul etdikləri birgə bəyanatda deyilir.
Türkmənistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir ki, tərəflər iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması və ona adaptasiya, ekoloji risklərlə mübarizə, biomüxtəlifliyin qorunması, ətraf mühitin mühafizəsi sahəsində ümumi layihə və proqramların təşviqi, regional və beynəlxalq platformalar çərçivəsində üç ölkənin ümumi maraqlarına cavab verən birgə təşəbbüslər üzrə əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini qeyd edirlər.
Liderlər həmçinin mədəni-humanitar sahədə əməkdaşlığın prioritet istiqamətlərini də müzakirə edib, aidiyyəti dövlət qurumları ilə ictimai birliklər, tədqiqat mərkəzləri, ali təhsil müəssisələri, KİV, mədəniyyət və incəsənət xadimləri arasında əlaqələrin vacibliyini vurğulayıblar.
Bəyanatda dostluğun və hərtərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsinin zəruriliyinə qəti əminlik qeyd olunur.
Oxşar xəbərlər
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Üç ölkə lideri yüksəksəviyyəli görüşün yekunlarına dair mətbuata birgə bəyanatla çıxış ediblər
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Azərbaycanla Özbəkistan arasında 12 sənəd imzalanıb - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
-
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
-
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib
-
Bakıda mağazaları qarət edən iki nəfər saxlanıldı













