Azərbaycan, Türkmənistan və Özbəkistan nəqliyyat və kommunikasiyalar üzrə Birgə İşçi Qrupu yaradır
Azərbaycan, Türkmənistan və Özbəkistan enerji, nəqliyyat və logistika kimi əsas sahələrdə əməkdaşlığı inkişaf etdirmək niyyətlərini təsdiqləyiblər.
Far.Az xəbər verir ki, bu barədə avqustun 22-də Türkmənbaşıda keçirilən üçtərəfli sammitin yekunları üzrə Azərbaycan Prezidenti İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Türkmənistan Xalq Maslahatının sədri Qurbanqulu Berdıməhəmmədovun qəbul etdikləri birgə bəyanatda deyilir.
"Tərəflər enerji sahəsində əməkdaşlığın inkişafının vacibliyini qeyd ediblər, bu sahədə qarşılıqlı fəaliyyətin xüsusi əhəmiyyətini vurğulayıblar", - Türkmənistan Xarici İşlər Nazirliyinin dərc etdiyi sənəddə qeyd olunub.
"Nəqliyyat və logistika sahəsində böyük potensialı, eləcə də üç ölkənin tranzit potensialından istifadəni nəzərə alaraq, tərəflər Özbəkistan - Türkmənistan - Azərbaycan və əks istiqamətdə multimodal daşımaların intensivləşdirilməsinin vacibliyini vurğulayıblar. Bu baxımdan üç ölkənin səlahiyyətli orqanı tərəfindən nəqliyyat və logistika sahəsində Anlaşma Memorandumunun imzalanmasının əhəmiyyəti qeyd olunub", - bəyanatda deyilir.
Həmçinin qeyd edilir ki, liderlər nəqliyyat-kommunikasiya infrastrukturunun inkişafı, nəqliyyatın əlaqələndirilməsi, onların təşkili üçün şərtlərin sadələşdirilməsi məsələlərini müzakirə etmək üçün Birgə İşçi Qrupun yaradılmasını alqışlayırlar.
Bəyanatda ölkələr arasında hava nəqliyyatının, biznesin və turizmin inkişafının vacibliyindən bəhs edilir və bunun yük və sərnişin axınının artmasına töhfə verəcəyi bildirilir.
Oxşar xəbərlər
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Üç ölkə lideri yüksəksəviyyəli görüşün yekunlarına dair mətbuata birgə bəyanatla çıxış ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
-
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
-
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib
-
Bakıda mağazaları qarət edən iki nəfər saxlanıldı













