NATO bu il Ukraynaya hərbi yardımı artıracaq
Far.Az xəbər saytı

NATO bu il Ukraynaya hərbi yardımı artıracaq


Ukrayna 2024-cü ildə NATO ölkələrindən 50 milyard dollarlıq hərbi yardım alıb, lakin bu il verilən silahların miqdarı artacaq.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə NATO Hərbi Komitəsinin sədri admiral Cüzeppe Kavo Draqone bildirib.

"2024-cü ildə edilən yardımın həcmi 50 milyard dollara çatıb. 2025-ci il yanvarın 1-nə biz artıq 33 milyard dollara çatmışıq, lakin ilin sonuna qədər əvvəlki rəqəmə uyğun olacağıq; proqnozlar çox optimistdir", - o deyib.

Draqonenin sözlərinə görə, NATO ölkələri hərbi yardımı davam etdirmək və hətta artırmaq niyyətindədir.

ABŞ və NATO Ukraynaya hərbi yardım göstərmək üçün "Prioritized Ukraine Requirements List" (PURL) adlı yeni mexanizm işə salıb.

Bu təşəbbüs Ukrayna Prezidenti Volodimir Zelenski, ABŞ Prezidenti Donald Tramp və NATO-nun Baş katibi Mark Rutte arasında əldə olunan razılaşmalar çərçivəsində həyata keçirilir.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp NATO-nun Baş katibi Mark Rutte ilə Ukraynaya Amerika silahlarının tədarükü ilə bağlı razılığa gəldiyini bildirmişdi.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
NATO ölkələrinin müdafiə nazirləri Ukraynaya dəstəklərini bir daha təsdiqləyib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər