Azərbaycanda ən yaşlı qadın və kişi seçicilərin kimliyi məlum olub
Far.Az xəbər saytı

Azərbaycanda ən yaşlı qadın və kişi seçicilərin kimliyi məlum olub


Azərbaycanda ən yaşlı seçici Lənkərandan olan qadındır.

“Report”un məlumatına görə, bunu mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki, həmin qadın 1890-cı il təvəllüdlü Tamam Əli qızı Əzizovadır və o, 78 saylı Lənkəran seçki dairəsinin seçicisidir: "Ən yaşlı kişi seçici isə 1915-ci il təvəllüdlü Hilal İsa oğlu İbrahimovdur".

MSK sədri əlavə edib ki, əlil arabasında səsverməyə gələn və görmə məhdudiyyəti olan vətəndaşlar da tam hüquqlu seçicilərdir: "Buna görə onların səsverməsi üçün məntəqələrdə şərait yaradılıb. Məntəqələrin girişində əlil arabaları üçün panduslar quraşdırılıb və Brayl əlifbası ilə çap edilən trafaretlər paylanılıb".

Oxşar xəbərlər

Veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı açıqlanıb
Azərbaycanda ən yaşlı qadın və kişi seçici açıqlanıb
Azərbaycanda ən yaşlı seçicilər səs verəcəklər: Birinin 134, birinin 109 yaşı var - FOTO
Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - FOTO - YENİLƏNİB-4
Qubada yol qəzası baş verib, yaralananların son durumu açıqlanıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər