Vətən müharibəsi iştirakçısı olan mayor qəfil vəfat etdi
Far.Az xəbər saytı

Vətən müharibəsi iştirakçısı olan mayor qəfil vəfat etdi


Azərbaycan ordusunun mayoru, Vətən müharibəsi iştirakçısı Fətəliyev Zahir Zakiroviç vəfat edib.

BAKU.WS Musavat.com-a istinadən xəbər verir ki, mərhum 1985-ci ildə Zığ kəndində anadan olub.

Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirəndən sonra 14 il Naxçıvan Muxtar Respublikasında xidmət edib. 44 günlük Vətən Müharibəsində ən gərgin döyüşlərdə iştirak edib, Suqovuşanda minaya düşərək qəlpə yaraları alıb. 20 ildən artıq orduda xidmət edən Z.Fətəliyev Vətən Müharibədindən bir neçə ay sonra otdudan tərxis olunaraq təqaüdə çıxıb. 

Atası Zakir kişinin dediyinə görə, uzun müddət müalicə alsa da, son günlər vəziyyəti kritikləşib və dünyasını dəyişib.

Mərhum 2 məktəbli oğul atasıdır. Kiçik oğlu da atasının yolunu davam etdirəcək. Belə ki, bu günlərdə C.Naxçıvanski adına Liseyə qəbul olunub. İki bacının bir qardaşı olan mərhum mayor Zığ qəbristanlığında dəfn olunub.

Allah rəhmət eləsin.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycanın məşhur hərbi xadimi Cəmşid Naxçıvanskinin doğum günüdür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər