Tiktokda başlayan EŞQ: Bakıda evli kişi qadının başına oyun açdı
Bakıda kişi "Tiktok"da tanış olduğa qadına qarşı dələduzluq edib.
Far.Az "lent.az"a istinadən xəbər verir ki, Xaqani Dadaşov Tiktok sosial şəbəkəsində canlı yayım zamanı Samirə adlı xanımla tanış olub. Get-gedə onların münasibəti yaxınlaşıb və əslində evli olan Xaqani Samirə ilə quracağını vəd edib.
Məlumata görə, Samirə ərindən boşanıb və birgə nikah zamanı alınan ev də satıldığı üçün ər-arvad arasında bölüşdürülüb. Bunu bilən Xaqani maddi durumu, anasının xəstəliyi və "Kia Optima" markalı avtomobilinin təmirə ehtiyacı olması kimi bəhanələrlə Samirədən borc adı ilə ümumilikdə 19min 35 manat pul alıb. Lakin həm pulu qaytarmayıb, həm də onunla ailə quracağı vədinə xilaf çıxıb.
Aldandığını görən zərərçəkən hüquq-mühafizə orqanlarına şikayət edib. Nəticədə Xaqani Dadaşov saxlanılıb və barəsində yekun olaraq, Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq xeyli miqdarda törədildikdə) maddəsilə ittiham elan olunub.
Xətai rayon Məhkəməsində Rəfail Sadıxovun sədrliyi ilə keçirilən prosesdə Xaqani Dadaşov 2 il müddətinə azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Bakıda ailəli məmur qızının sevgilisi ilə eşq macərası başına bəla oldu - Başqa iki qadınla...
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir













