Cənubi Koreyada məktəblilərin dərs vaxtı telefondan istifadəsi qadağan edildi
Far.Az xəbər saytı

Cənubi Koreyada məktəblilərin dərs vaxtı telefondan istifadəsi qadağan edildi


Cənubi Koreya parlamenti məktəblərdə dərs vaxtı telefon və digər ağıllı cihazların istifadəsini qadağan edən qanunu təsdiqləyib.

Far.Az xarici mediaya istinadən xəbər verir ki, qanuna görə, tələbələr dərs zamanı telefonlardan istifadə edə bilməyəcək; yalnız xüsusi ehtiyacı olan və ya fövqəladə hallarda istisnalar nəzərdə tutulub.

Yeni qaydalar 2026-cı ilin martından etibarən tətbiq olunacaq. Ölkədə müəllimlər, valideynlər və deputatlar hesab edirlər ki, telefon istifadəsi tələbələrin akademik uğuruna mənfi təsir göstərir və dərsə ayırdıqları vaxtı azaldır.

Cənubi Koreya, Fransa, Finlandiya, İtaliya, Hollandiya və Çində də məktəblərdə telefon istifadəsinə müxtəlif məhdudiyyətlər tətbiq olunub.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər