İki valyutadəyişmə məntəqəsinin lisenziyası dayandırıldı
İki valyuta mübadiləsi məntəqəsinin ("Delta Capital" MMC və "Zuhur" MMC) lisenziyası bir ay müddətinə dayandırılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
Bildirilib ki, AMB tərəfindən "Delta Capital" MMC-də və Zuhur" MMC-də aparılan cari nəzarət prosesləri çərçivəsində verilmiş icrası məcburi göstərişə əməl edilmədiyi, "Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası"nın 4.10-cu və 5.2-ci bəndlərinin tələblərinin pozulması, "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikası Qanununun 16-1.1-ci maddəsinin və "Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası"nın 3.4-cü, 3.6-cı, 4.7-ci, 6.3-cü və 7.3-cü bəndlərinin tələblərinin pozulmasının təkrar baş verməsi halları müəyyən edilib.
Aşkar olunmuş pozuntu hallarının aradan qaldırılması və fəaliyyətin müvafiq qanunvericilik aktlarının tələblərinə uyğunlaşdırılması məqsədi ilə "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikası Qanununun 13-7.1.2-ci və 13-7.2-ci maddələrinə uyğun olaraq Mərkəzi Bankın qərarı ilə valyuta mübadiləsi əməliyyatlarının aparılması üçün "Delta Capital" MMC-yə verilmiş 08.12.2021-ci il tarixli, VMF-02 nömrəli lisenziyanın qüvvəsi və Zuhur" MMC-yə verilmiş 15.03.2022-ci il tarixli, VMF-03 nömrəli lisenziyanın qüvvəsi 28.08.2025-ci il tarixindən 1 (bir) ay müddətinə dayandırılıb.
Oxşar xəbərlər
Azərbaycanın maliyyə sektoru 2024-cü ildə - İCMAL
Azərbaycanda iki valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnib
Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
"Laser Beauty Clinic"in filialının lisenziya əlavəsi dayandırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Hörmüz boğazının cənubunda iki neft tankeri minaya düşərək partlayıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İstanbul hava limanında sərnişinin baqajından 12,8 kq narkotik aşkarlanıb













