SOCAR insan kapitalının inkişafı sahəsində beynəlxalq uğura imza atıb
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) insan kapitalının inkişafı sahəsində nüfuzlu "Brandon Hall Group" "Human Capital Management Excellence" mükafatının qalibləri sırasında yer alıb.
Far.Az SOCAR-a istinadən xəbər verir ki, 2025-ci ilin əvvəlində SOCAR-ın Baş Ofisinin İnsan Kapitalı və İnklüzivlik (İKİ) seqmenti tərəfindən həyata keçirilən bir sıra layihə və proqramlar "Brandon Hall Group" tərəfindən elan edilmiş müxtəlif kateqoriyalar üzrə dörd müxtəlif kateqoriyada yüksək nəticə göstərib. Belə ki, SOCAR "Enerji Liderləri", "Performans mədəniyyətinin aşılanması" layihələri və "Gənc İstedadlar" proqramı üzrə qızıl medallar, "HR AI chat-bot" layihəsi üzrə isə gümüş mükafat qazanıb.
Qeyd edək ki, "Brandon Hall Group" 30 ildən artıqdır ki, biznes, idarəetmə və insan kapitalının inkişafı sahələrində qabaqcıl şirkətlərin uğurlarını dəyərləndirir. Bu mükafatlar tətbiq edilən proqramların əməkdaşlara və şirkətlərə ölçülə bilən dəyər qazandırmaq bacarığına görə təqdim olunur.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Hörmüz boğazının cənubunda iki neft tankeri minaya düşərək partlayıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İstanbul hava limanında sərnişinin baqajından 12,8 kq narkotik aşkarlanıb













