TANAP ilə Azərbaycandan Avropaya qazın nəqli nə qədər artdı?
Trans-Anadolu Qaz Boru Kəməri, yəni TANAP ilə Avropaya nəql edilən Azərbaycan qazının ümumi həcmi 50 milyard kubmetrə çatıb.
Bu barədə "SOCAR Türkiye" şirkəti məlumat yayıb.
Bildirilir ki, Azərbaycandan Avropaya uzanan enerji körpüsündə tarixi mərhələyə qədəm qoyulub. TANAP vasitəsilə Avropaya tədarük edilən təbii qazın miqdarı 50 milyard kubmetrə çatıb.
Qeyd edək ki, TANAP boru kəməri 2018-ci ildə istismara verilib. Cənub Qaz Dəhlizinin əsas seqmenti sayılan 1 793 kilometrlik kəmər Türkiyə ərazisindən keçərək Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2" qaz-kondensat yatağından çıxarılan qazı qardaş ölkəyə və Avropa istehlakçılarına çatdırır. Kəmər eyni zamanda Azərbaycan ərazisindəki digər qaz yataqlarından da hasil ediləcək təbii qazın nəqli potensialına görə əhəmiyyətli iqtisadi dəyərə sahibdir.
TANAP Türkiyənin Ərdəhan vilayətinin Posof qəsəbəsindəki Türkgözü kəndindən başlayaraq, Ədirnə də daxil olmaqla 20 vilayətdən keçir. Kəmər Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşir.
Ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibə verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Hörmüz boğazının cənubunda iki neft tankeri minaya düşərək partlayıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İstanbul hava limanında sərnişinin baqajından 12,8 kq narkotik aşkarlanıb













