Azərbaycan qızıl ixracından gəlirini iki dəfədən çox artırıb
Cari ilin yanvar-iyul aylarında Azərbaycandan 178,7 milyon ABŞ dolları dəyərində qızıl ixrac edilib.
Far.Az xəbər verir ki, bu məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "İxrac icmalı"nın avqust sayında öz əksini tapıb.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 104,2 milyon ABŞ dolları və ya 2,4 dəfə çoxdur.
Təkcə iyulda isə Azərbaycan 33,9 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu isə 2024-cü ilin eyni ayı ilə müqayisədə 17,3 milyon ABŞ dolları və ya 2 dəfə artım deməkdir.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,4% artaraq 2,09 milyard ABŞ dolları təşkil edib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Azərbaycanın qeyri-neft ixracında artım - "Sanksiyalar bizim üçün müsbət nəticə verib"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Hörmüz boğazının cənubunda iki neft tankeri minaya düşərək partlayıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İstanbul hava limanında sərnişinin baqajından 12,8 kq narkotik aşkarlanıb













