Əfqan İsayev: "SOCAR külək parkları üçün avadanlıq istehsalının bir hissəsini lokallaşdırmağı planlaşdırır"
Far.Az xəbər saytı

Əfqan İsayev: "SOCAR külək parkları üçün avadanlıq istehsalının bir hissəsini lokallaşdırmağı planlaşdırır"


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) gələcəkdə külək parkları üçün avadanlıq istehsalının bir hissəsini lokallaşdırmağı planlaşdırır.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə SOCAR-ın vitse-prezidenti Əfqan İsayev "Euronews"a müsahibəsində bildirib.

O vurğulayıb ki, 2035-ci ilə qədər SOCAR milli enerji şirkətinə çevriləcək.

"Sizin də doğru qeyd etdiyiniz kimi, SOCAR karbohidrogen şirkəti deyil, balanslaşdırılmış portfelə malik şirkət olacaq. Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafında üzləşdiyimiz əsas problemlərdən biri enerji şəbəkəsinin dəyişkən mənbələrdən enerji qəbul etmək qabiliyyətinin məhdud olmasıdır. Məhz buna görə də bizə əlavə balanslaşdırıcı güclər, məsələn, buxar-qaz qurğuları, batareyalarda enerji saxlama həlləri və ya onların kombinasiyası lazımdır", - vitse-prezident bildirib.

Onun sözlərinə görə, ikinci çağırış açıq dənizə çıxışın olmamasıdır.

"Külək parkları üçün lazım olan bəzi avadanlıq növləri, məsələn, 92-94 metr uzunluğunda olan pərləri buraya gətirmək son dərəcə çətindir. Əlbəttə, ümid edirik ki, gələcəkdə istehsalın ayrı-ayrı növlərini lokallaşdıra biləcəyik", - Ə.İsayev vurğulayıb.

SOCAR-ın vitse-prezidenti qeyd edib ki, infrastrukturun və avadanlığın bir hissəsi sovet dövründən qalıb.

"Buna görə də üçüncü çağırış əsas fəaliyyət növlərinin dekarbonizasiyasıdır. İstehsal proseslərimizin modernləşdirilməsi və rəqəmsallaşma böyük investisiyalar tələb edir", - Ə.İsayev əlavə edib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər