Kürdəmirdə "BMW" ilə düşdüyü ağır qəzada ölən VƏZİFƏLİ ŞƏXS İMİŞ: Atası da məmur olub
Bu gün Kürdəmirdə ağır yol qəzası baş verib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Kürdəmir şəhərinin Vaqif küçəsində 1999-cu il təvəllüdlü Rüstəm Şahin oğlu İsmiyevin idarə etdiyi "BMW" markalı avtomobil "VAZ 2106" ilə toqquşub. Rüstəmin idarəetməsindən çıxan avtomobil daha sonra yol kənarındakı mağazaya çırpılıb.
Nəticədə sürücü aldığı ağır xəsarətlərdən ölüb.
Qeyd edək ki, 26 yaşlı R.İsmiyev Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Ərəbqubalı kənd üzrə nümayəndəsinin müavini vəzifəsinə çalışırmış. Onun atası Şahin İsmiyev isə uzun müddət DSMF-nin bu rayondakı şöbəsində rəhbər vəzifələrdə çalışıb.
Faktla bağlı araşdırma aparılır.
*** 10:58
Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Vaqif küçəsində qeydə alınıb.
Belə ki, Rüstəm Şahin oğlu İsmiyevin sükanı arxasında olduğu "BMW" markalı avtomobil əvvəlcə qarşıdakı "VAZ-2106" markalı avtomobilə, daha sonra isə yol kənarındakı maşın ehtiyat hissələri satılan mağaza çırpılıb. Nəticədə sürücü aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM
Media nümayəndələri təltif edilib - Prezidentdən SƏRƏNCAM
Vəkilliyə qəbulla bağlı imtahanda uğur qazanan şəxslərin adları açıqlanıb
Dövlətə məxsus nəqliyyat vasitələri min manatdan başlayan qiymətlərlə satışa çıxarılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan mavi hidrogen istehsalı üçün metanın buxar reforminqinə üstünlük verir
-
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb













