Azərbaycanda nağdsız ödənişlərin 87 %-dən çoxu elektron ticarətin payına düşüb
Bu ilin iyul ayında Azərbaycanda nağdsız ödənişlərin məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 20,2 % artaraq – 8 milyard 753 milyon manat təşkil edib.
BAKU.WS Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bunun 7 milyard 629 milyon manatı (87,2 %-i) elektron ticarətin payına düşüb.
Ödənişlərin 1 milyard 120 milyon manatı POS-terminallar, 5 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə həyata keçirilib.
İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların məbləği kart əməliyyatlarının həcminin 67,1 %-ni təşkil edib.
Avqustun 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 20 milyon 913 min ədəd təşkil edib. Bu, aylıq müqayisədə 1,3 %, ilin əvvəli ilə müqayisədə 5,1 %, ötən ilin eyni dövrünə nisbətən 14 % çoxdur.
Son 1 ildə ölkədə debet kartlarının sayı 17,05 % artaraq 18,79 milyon, kredit kartlarının sayı isə 7,1 % azalaraq 2,123 milyon olub. İyulda bu kartlar üzrə dövriyyənin məbləği müvafiq olaraq 12,525 milyard manat (illik müqayisədə 14,8 % çox) və 806 milyon manat (4,1 % çox) təşkil edib.
Hesabat dövründə ölkədə bankomatların sayı 8,3 %, POS-terminalların sayı isə 48,7 % artaraq müvafiq olaraq 3 442 ədəd (Bakı üzrə 1 847 ədəd) və 147 478 ədəd (Bakı üzrə 90 791 ədəd) təşkil edib.
Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur - "Visa İnternational", "MasterCard İnternational", "American Express", "Diners Club İnternational" və "JCB Card"dır. Bu maliyyə nəhəngləri Azərbaycan bankları ilə də əməkdaşlıq edir.
Oxşar xəbərlər
Azərbaycanda nağdsız ödənişlərin məbləği fevralda 30 % artıb
Azərbaycanda nağdsız ödənişlərin məbləği dekabrda 50 % artıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycanın maliyyə sektoru 2024-cü ildə - İCMAL
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"MasterCard" kartları ilə aparılmış əməliyyatların həcmi açıqlandı
-
İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib
-
"CBS News": ABŞ və İsrail İranın enerji obyektlərinə zərbələr endirməyə hazırlaşır
-
Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb
-
"Tasnim": İran ABŞ-nin mümkün hücumlarına qarşı plan hazırlayıb
-
Rusiya Kiyevə ballistik raketlərlə zərbə endirib, üç nəfər həlak olub













