Anar Quliyev: "Kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatı çox yüksək səviyyədə təşkil olundu"
Kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatı yüksək səviyyədə təşkil olunub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Kamandan Oxatma Federasiyasının prezidenti Anar Quliyev yarışdan sonra jurnalistlərə açıqlamasında deyib.
O, Azərbaycanda idmana xüsusi diqqət ayrıldığını vurğulayıb:
"Turnir bu idman növünü sevənlər üçün əsl bayram oldu. Azərbaycanda idmana xüsusi diqqət ayrılır. Kamandan oxatma üzrə yarışları bir neçə ildir fərqli və daha keyfiyyətli şəkildə təşkil etməyə çalışırıq. Təəssüratlarım çox yaxşıdır. Turnir yüksək səviyyədə təşkil olundu. Gender balansı demək olar təmin edilib. Amma etiraf etməliyəm ki qız iştirakçıların sayı daha çoxdur. Xüsusən də 15 yaşa qədər idmançılar daha çox və aktiv şəkildə iştirak edir".
Qurum rəhbəri gələcəkdə bu yarışların rayonlarda da keçirilməsinin nəzərdə tutulduğunu deyib:
"Yarışlar bu günə qədər həmişə paytaxtda keçirilib. Turnir il ərzində qışda qapalı, yayda açıq məkanda olmaqla iki dəfə keçirilir. Yarışın yaxın zamanlarda bölgələrdə də keçirilməsini nəzərdə tutmuşuq. Tezliklə başqa növ turnirlər və kubok oyunları yaradıla bilər. Çempionat bütün ölkə ərazisini əhatə etməlidir".
Prezident ölkəmizdə keçiriləcək III MDB oyunlarında idmançılardan gözləntilərini də bölüşüb:
"Bu ölkəmiz üçün vacib idman tədbiridir. Kamandan oxatma üzrə idman növü üzrə yarış Xankəndi şəhərində keçiriləcək. Bu hər bir idmançı üçün fərəhdir, qürurvericidir. İnanırıq ki idmançılarımız yaxşı nəticələr göstərə biləcəklər. İdmançıların bəziləri bəlkə də ilk dəfə regiona səfər edəcək. Xankəndidə yarışda iştirak etmək çox önəmli və məsuliyyətli məsələdir".
Qeyd edək ki, yarışda ölkənin müxəlif bölgələrini təmsil edən 60-dan çox peşəkar idmançı çempionluq uğrunda mübarizə aparıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Fərid Qayıbov: Avqust ayı Azərbaycan idman tarixinə yeni qələbələr, tarixi uğurlar və rekordlarla yazıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb
-
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
-
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
-
Nvidia direktorlar şurası Censen Huangi baş direktor vəzifəsinə qaytarmaq niyyətində deyil
-
NATO Ukraynaya ABŞ silahları almaq üçün 10 milyard dollardan çox xərcləyib
-
Norveçdə pensiya yaşı artırıla bilər













