Tramp Avropa ölkələri ilə danışıqlar aparır: ABŞ özəl hərbi şirkətləri Ukraynaya yerləşdiriləcək?
Far.Az xəbər saytı

Tramp Avropa ölkələri ilə danışıqlar aparır: ABŞ özəl hərbi şirkətləri Ukraynaya yerləşdiriləcək?


ABŞ Prezidenti Donald Tramp uzunmüddətli sülh planı çərçivəsində ABŞ-nin özəl hərbi şirkətlərinin Ukraynaya yerləşdirilməsi imkanları barədə Avropa ölkələri ilə danışıqlar aparır.

BAKU.WS Oxu.Az-a istinadən bildirir ki, bu barədə Böyük Britaniyanın "The Telegraph" qəzeti mənbələrə istinadən məlumat verib.

Məlumata görə, plan Ukraynanın müdafiəsini gücləndirməyə kömək etmək üsulu kimi hazırlanır.

Bildirildiyinə görə, ABŞ-nin özəl hərbi şirkətləri uzunmüddətli sülh planı çərçivəsində Ukraynaya yerləşdirilə bilər. Tramp avropalı müttəfiqləri ilə müzakirələr aparır ki, silahlı podratçılara ölkədə ABŞ-nin maraqlarının qorunması üçün istehkamların tikintisinə kömək etmək icazəsi verilsin.

Nəşrin yazdığına görə, özəl hərbi şirkətlər Ukraynanın müdafiə xəttinin bərpasına, yeni bazaların yaradılmasına və ABŞ müəssisələrinin qorunmasına cəlb oluna bilər. Bu qərar Trampın ABŞ qoşunlarını Ukraynaya göndərməmək vədindən sonra həll yolu kimi qiymətləndirilir.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibə verib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər