Prezident İlham Əliyev Tiencin şəhərində "China National Chemical Engineering" şirkətinin sədri ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Çinin Tiencin şəhərində "China National Chemical Engineering" (CNCEC) şirkətinin sədri Mo Dinqqı ilə görüşüb.
Far.Az xəbər verir ki, söhbət zamanı Azərbaycanla şirkət arasında neft-kimya sənayesi, neft emalı fəaliyyəti və neft-kimya məhsullarının istehsalı sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.
"China National Chemical Engineering" (CNCEC) şirkətinin sədri Azərbaycanda əlverişli investisiya mühitinin olduğunu qeyd etdi.
Sonda Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə Çinin Milli Kimya Mühəndisliyi və Tikinti Korporasiyası "Seven LTD" arasında imzalanmış Çərçivə Sazişinin dövlətimizin başçısının və şirkətin sədrinin iştirakı ilə mübadiləsi oldu. Sənəd Azərbaycanda və üçüncü ölkələrdə birgə layihələrin icrasını nəzərdə tutur.
Qalereya
Oxşar xəbərlər
200 və aşağı bal toplayanlar bu ixtisaslarda oxuyur - SİYAHI
30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
SOCAR və Çinin "Seven LTD" şirkəti arasında Çərçivə Sazişi imzalanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Hörmüz boğazının cənubunda iki neft tankeri minaya düşərək partlayıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
İstanbul hava limanında sərnişinin baqajından 12,8 kq narkotik aşkarlanıb













