Apple-ın bu cihazları köhnəlmiş elan edildi
Far.Az xəbər saytı

Apple-ın bu cihazları köhnəlmiş elan edildi


Apple şirkəti 11 düymlük MacBook Air-i köhnəldiyini elan edib.

Far.Az xəbər verir ki, bu barədə "MacRumors" nəşri məlumat yayıb.

Bildirilib ki, yayın sonunda şirkət köhnəlmiş cihazların siyahısını yeniləyib. Beləliklə, onun tərkibinə 2015-ci ildə buraxılmış 11 düymlük ekranlı MacBook Air daxildir. Qadcet özünəməxsus şəkildə unikal hesab olunur: Apple artıq 11 düymlük ekranlı ultrabukları buraxmır. Hazırda şirkət diaqonalı 13 və 15 düym olan MacBook Air kompüterlərinin istehsalı və satışı ilə məşğuldur.

Müəlliflər qeyd ediblər ki, köhnəlmiş kimi tanınan noutbuk 2016-cı ilin oktyabrında - Amerika korporasiyası Touch Bar ilə MacBook Pro-nun buraxılmasını elan etdikdən dərhal sonra təqdim edilib. Məqalədə deyilir ki, 11 düymlük qurğu çox uzun müddət xidmət göstərib.

Apple 2015-ci ildə buraxılmış 13 düymlük MacBook Pro-nu da köhnəlmiş məhsullar siyahısına əlavə edib. Siyahıya 2017-ci ildə çıxan 15 düymlük MacBook Pro da daxil edilib.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
“HONOR”, IFA 2024-də rekord qıran “HONOR Magic V3” ilə gələcəkdə yeni imkanlara qapı açır
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər