Juninyonun "Qarabağ"a keçidi ilə bağlı SON XƏBƏR - Hər şey açıqlandı
"Qarabağ" bu gün Çempionlar Liqası üçün iştirak ərizəsini UEFA-ya təqdim edəcək.
BAKU.WS Sportinfo.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionu Olavio Juninyonu geri qaytarmaqda problemlə üzləşib.
Ağdam təmsilçisi "sambaçı"nı icarəyə götürmək istəsə də, "Flamenqo" razılaşmayıb. Braziliya klubu bu ilin yanvarında 5 milyon avroya "Qarabağ"dan transfer etdiyi hücumçu ilə müvəqqəti vidalaşmağa müsbət yanaşmayıb.
Braziliya təmsilçisinin nümayəndəsi "Qarabağ" tərəfinə 29 yaşlı forvardı birdəfəlik satmaq niyyətində olduqlarını bildirib. O, yalnız 4 milyon avro qarşılığında bu keçidin mümkün olacağını qeyd edib. "Qarabağ" isə həmin məbləği ödəməkdən boyun qaçırıb.
O.Juninyo isə hazırkı klubunun mövqeyindən məyusluq keçirib. O, "Qarabağ"ın mənsubları ilə əlaqə saxlayaraq, danışıqların gedişində yaranmış fikir ayrılığından təəssüfləndiyini dilə gətirib.
***09:27
UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak etmək hüququ qazanan "Qarabağ" uzun çəkən hücumçu transferini bitirib.
BAKU.WS Sportinfo.az-a istinadən xəbər verir ki, Ağdam klubu "Flamenqo"ya satdığı Olavio Juninyonu geri qaytarıb.
Mənbənin sözlərinə görə, tərəflər arasında danışıqlar müsbət nəticə verib.
29 yaşlı forvard yenidən "Qarabağ"ın formasını geyinəcək.
Onun keçidi hətta yaxın saatlarda açıqlana bilər.
2023-cü ilin yayından "köhlən atlar"ın formasını geyinən braziliyalı forvard meydana çıxdığı 81 oyunda 42 qol vurub.
O, Premyer Liqada 48 (23 qol), ölkə kubokunda 6 (5 qol), avrokuboklarda 27 (14 qol) matç keçirib.
Juninyo "Qarabağ"la ölkə çempionu və kubokunun qalibi olub. Hücumçu bu ilin yanvar ayında "Flamenqo"ya beş milyon avroya satılmışdı.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Olavio Juninyo "Qarabağ"a geri qayıtdı
UEFA Avropa Liqası: "Qarabağ" "Tottenhem"ə məğlub olub - YENİLƏNİB-8
Avropa Liqası: "Qarabağ" "Lion"a məğlub olub - YENİLƏNİB-8
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"
-
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib













