BQXK-nın Bakı nümayəndəliyi sabahdan bağlanır
Far.Az xəbər saytı

BQXK-nın Bakı nümayəndəliyi sabahdan bağlanır


Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycan hökumətinin qərarına əsasən, 3 sentyabr 2025-ci ildə ölkədəki nümayəndəliyini bağlayacaq.

BAKU.WS xəbər verir ki, bu barədə BQXK məlumat yayıb.

Bildirilib ki, BQXK öz mandatına və ölkənin Cenevrə Konvensiyaları üzrə öhdəliklərinə uyğun olaraq beynəlxalq humanitar hüququn (BHH) himayə etdiyi şəxslərə dəstək göstərmək üçün Azərbaycanın hakimiyyət orqanları ilə qarşılıqlı əlaqədə olmağa davam edəcək:

"Biz humanitar diplomatiya, BHH və ortaq maraq mövzusu olan digər humanitar məsələlərə dair dialoqumuzu davam etdirmək niyyətindəyik. 1992-ci ildən başlayaraq BQXK münaqişədən zərər çəkmiş insanların təcili və zəruri ehtiyaclarını qarşılamağa kömək etmiş, zərər çəkmiş insanlara psixososial dəstək göstərmiş, kritik əhəmiyyəti olan infrastrukturu təkmilləşdirmiş və mina və digər partlayıcı sursatlarla çirklənmiş ərazilərdə mina risklərinə dair maarifləndirmə və təhlükəsiz davranış layihələri həyata keçirib. BQXK beynəlxalq humanitar hüququn icrasının təbliğində və münaqişə ilə əlaqədar itkin düşmüş insanların taleyinə aydınlıq gətirilməsində hakimiyyət orqanlarına dəstək göstərib.

Biz münaqişə ilə əlaqədar saxlanılan şəxslərə baş çəkərək onların saxlanma şəraitinin və onlarla rəftarın monitorinqini aparmış, ailələri ilə əlaqələrinin qorunmasına kömək etmişik. Biz gördüyümüz bütün işlərdə Azərbaycan Qızıl Aypara Cəmiyyəti, nazirliklər və dövlət qurumları, eləcə də Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Beynəlxalq Federasiyası kimi tərəfdaşlarımızla sıx əməkdaşlıq etmişik".

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər