Azərbaycanda həbsdə olan erməniəsilli terrorçunun aclıq etməsi ilə bağlı iddialar həqiqətə uyğun deyil
Erməni KİV-də Azərbaycanda həbsdə olan, Qarabağda döyüşən livanlı muzdlu terrorçu Eulcekciyan Viken Abrahamın aclıq etdiyi ilə bağlı məlumatlar yayılıb.
Far.Az "Report"a istinadən xəbər verir ki, bu məlumat həqiqətə uyğun deyil və məhkumun hazırda cəzasını çəkdiyi bildirilir.
Qeyd edək ki, təqsirləndirilən şəxs 2020-ci ildə Vətən Müharibəsindən sonra Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.
DTX-də başlanılmış cinayət işi üzrə Viken Eulcekcian Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 114.3-cü (Muzdluluq), 214.2.1-ci və 214.2.3-cü (Terrorçuluq), 228.2.1-ci (Qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə), 279.1-ci (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 20 il azadlıqdan məhrum edilib. Hökmdə qeyd olunub ki o cəzasının ilk 5 ilini həbsxanada, qalan 15 ilini isə ciddi rejimli cəzaçəkmə müəssisində çəkməlidir.
Oxşar xəbərlər
Vətən müharibəsinin başlamasından 4 il ötür
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Qaradağlı faciəsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
Vaxtilə işğalda olan Azərbaycan ərazilərinin "Ermənistana birləşdirilməsi" niyyəti məhkəmədə ifşa olunub
Vardanyanın məhkəməsində şahid: Ruben elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Uşaq qidası ilə bağlı yayılan görüntülər təsdiqini tapmayıb - RƏSMİ AÇIQLAMA
-
"Çətin vəziyyətdəyik, qazımız yoxdur" - Qubada KRİTİK DURUM
-
Şahin Mustafayev: "Sea Breeze" kurortu ötən yay 100 mindən çox insanı qəbul edib"
-
"Euronews" Bakıda keçiriləcək WUF13 barədə reportaj hazırlayıb
-
Azərbaycanda "Yaşıl hidrogen" istehsalına dair fəaliyyət planı hazırlanır - EKSKLÜZİV
-
Azərbaycan Avropa çempionatında medal hesabını açdı













