Tramp: Hər həftə Ukrayna və Rusiya təxminən 7 min insan itirir
Far.Az xəbər saytı

Tramp: Hər həftə Ukrayna və Rusiya təxminən 7 min insan itirir


ABŞ Prezidenti Donald Tramp yenidən bildirib ki, rusiyalı həmkarı Vladimir Putinə qarşı çox məyusdur.

BAKU.WS xəbər verir ki, bu barədə o, radio aparıcısı Skott Cenninqs ilə müsahibəsində danışıb.

Tramp qeyd edib ki, Rusiya lideri ilə yaxşı münasibətləri olub.

Onun sözlərinə görə, Rusiya və Ukrayna hərb qarşıdurması nəticəsində minlərlə insan həyatını itirib.

"Bu mənasız müharibədir. Əgər mən prezident olsaydım, bu heç vaxt başlamazdı. Bu məni daha çox narahat edir, çünki seçkilər tam saxtalaşdırılmışdı. Bu utancdır. Görək nə baş verəcək. Amma indi mən Prezident Putinə qarşı çox məyusam, bunu deyə bilərəm və biz insanların yaşaması üçün nəsə edəcəyik. Bilirsiniz, məsələ Ukrayna deyil. Məsələ insanlara yaşamaq üçün kömək etməkdir", – deyə ABŞ lideri bildirib.

Tramp həmçinin deyib ki, hər həftə Ukrayna və Rusiya təxminən 7 min insan itirir və bu əsasən hərbçilər olur.

"Əgər mən bunu dayandırmağa kömək edə bilərəmsə, bunu öz vəzifəm hesab edirəm", – Tramp əlavə edib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Rusiya liderinə qarşı məyusluğunu ifadə etmiş və onun sözünə əməl etmədiyi barədə irad tutmuşdu.

15 avqust tarixində Putin və Tramp yeddi il sonra ilk dəfə tam formatlı görüş keçiriblər. Sammit Alyaska ərazisindəki Elmendorf-Richardson hərbi bazasında baş tutub və liderlər əsaslı irəliləyiş barədə açıqlama veriblər, lakin heç bir müqavilə imzalanmayıb.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibə verib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər