Bakıda arvadını 8 bıçaq zərbəsi ilə öldürən kişiyə HÖKM OXUNDU
Bakıda Həsənbala Məmmədov (soyadı şərtidir) adlı şəxs arvadı Ceyran Məmmədovanı (soyadı şərtidir) xüsusi amansızlıqla qətlə yetirib.
BAKU.WS-in məlumatına görə, hadisə ötən il Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib.
Araşdırmalara görə, təqsirləndirilən şəxs həyat yoldaşını xəyanətdə şübhələnərək öldürmək qərarına gəlib və əvvəlcədən əldə etdiyi xəncəri hasarın dibində gizlədib.
Zərərçəkmiş işdən qayıdarkən yolda onun qarşısını kəsən şəxs qadına bədənindən tutaraq 8 bıçaq zərbəsi endirib. Zərbələr döş qəfəsinə nüfuz edərək hemopnevmotoraks, ağciyər və ürək zədələnməsinə səbəb olub. Qadın hadisə yerindəcə həyatını itirib.
Cinayətdən sonra təqsirləndirilən şəxs xəncəri qonşu həyətinə ataraq hadisə yerindən uzaqlaşıb, lakin polis tərəfindən saxlanılıb. O, ilkin istintaqda cinayəti etiraf edib və arvadının xəyanətini əsas gətirib. Lakin məhkəmədə ittihamı inkar edib.
Məhkəmə şahid ifadələri, ekspertiza rəyləri və digər sübutlara əsasən onun təqsirini tam sübuta yetirib.
Bakı Ağır Cinayətlər Məhkəməsi arvadını amansızlıqla qətlə yetirən şəxsə hökm oxuyub. Məhkəmənin 4 avqust 2025-ci il tarixli qərarına əsasən, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi (xüsusi amansızlıqla qəsdən adam öldürmə) ilə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Azərbaycan ərazilərinin işğal edilməsi nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə veriblər
Zərərçəkmiş Laçın sakini: İşğala qədər bizim kənd mütəmadi olaraq Ermənistan tərəfindən atəşə tutulurdu
Kişi arvadını və intim əlaqədə olduğu ustanı öldürdü - Cinayətin TƏFƏRRÜATI
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Məcburi köçkün düşən, yaralanan, girovluqda işgəncələrə məruz qalmış şəxslər məhkəmədə ifadə veriblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
WUF13-də "Urban Expo" sərgisinin rəsmi açılışı olub
-
Yuxuda nəfəs dayanması ölüm riskini artırır – Həkimlərdən xəbərdarlıq
-
Neftin qiyməti yenidən 110 dolları ötüb
-
Türk Dövlətləri Təşkilatının Baş katibi Azərbaycana səfərə gəlib
-
Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar - "Su qiymətinə"
-
İran Hörmüz boğazı ilə bağlı yeni mexanizm hazırlayıb













